Bakı sakininə çoxsaylı bıçaq zərbəsi vurulub


11:10     17 Yanvar 2021 bicaq.jpg

Paytaxtın Nəsimi rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

APA xəbər verir ki, hadisə “Papanin körpüsü” kimi tanınan ərazidə qeydə alınıb.

1988-ci il təvəllüdlq Əhmədov Azər Ağamoğlan oğlu tanışı tərəfindən bıçaqlanıb.

O, 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib. A.Əhmədov sol bud və baldırın çoxsaylı kəsilmiş-deşilmiş yaralı aldığından cərrahi əməliyyat olunub.

Fakt Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsində araşdırılır.

Açar sözlər:

Oxunub: 422