Ermənistanda son sutkada 351 nəfərdə COVID-19 aşkarlanıb, 5 nəfər ölüb


11:42     17 Yanvar 2021 21_01_17_1610867865.jpg

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 351 yoluxma halı qeydə alınıb, 5 nəfər ölüb.

Femida.az -ın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, pandemiya başlayandan bəri Ermənistanda koronavirusa 164 586 yoluxma qeydə alınıb.

Ermənistanda indiyədək COVID-19-dan 2992 nəfər ölüb.

Açar sözlər:

Oxunub: 454