Sumqayıtda arvadını qətlə yetirən ər saxlanıldı
13:22 17 Yanvar 2021

Yanvarın 17-də saat 7 radələrində Sumqayıt şəhər ərazisində yerləşən otellərin birində 1997-ci il təvəllüdlü Həsənova Aişən Məhərrəm qızının meyitinin aşkar edilməsi barədə Sumqayıt şəhər Prokurorluğuna məlumat daxil olub.
Sumqayıt şəhər Prokurorluğundan verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1991-ci il təvəllüdlü Həsənov Orxan Qorxmaz oğlunun qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı yastıqla Aişən Həsənovanı boğaraq sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.
Orxan Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Oxunub: 476
Oxşar xəbərlər
- Sumqayıtda 15 qazi yüksək texnologiyalı protezlə təmin edilib
- Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb
- Sumqayıtda keçmiş məhkum bıçaqlanıb
- Sumqayıtda zirzəmidə kişi meyiti tapılıb
- Sumqayıtda avtobusla xuliqanlıq edən şəxs barədə cinayət işi başlanıldı
- Sumqayıtda 20-dən artıq su sayğacı oğurlayan şəxslər saxlanılıblar
- Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb
- Sumqayıtda ər arvadını oteldə boğaraq öldürüb
- Sumqayıtda Reabilitasiya Mərkəzi istifadəyə verilib
- Sumqayıtda kişi meyiti tapıldı