İSESCO nümayəndə heyəti uğam Mərkəzində olub


15:28     17 Yanvar 2021 21_01_17_1610881732.jpg


Ölkəmizdə səfərdə olan İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malikin başçılıq etdiyi nümayəndə heyəti yanvarın 14-də Beynəlxalq Muğam Mərkəzində (BMM) olub.


BMM-dən APA-ya verilən məlumata görə, mərkəzin direktoru, Xalq artisti Murad Hüseynov qonaqlara Azərbaycanın musiqi mədəniyyəti, muğam sənəti haqqında qısa məlumat verib. Mədəniyyət naziri Anar Kərimovun da iştirak etdiyi görüşdə İSESCO nümayəndələrinin diqqətinə çatdırılıb ki, Beynəlxalq Muğam Mərkəzi dünyada misli olmayan möhtəşəm bir Mərkəzdir. Bura Azərbaycanın Birinci vitse-prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə inşa olunub. 2008-ci ilin 27 dekabrında təntənəli açılış mərasimi baş tutub. Muğam sənəti, bu sənətin əsas alətləri – tar, kamança YUNESKO-nun Ümumdünya irsi siyahısındadır. Bunun özü böyük uğurdur və muğamın təbliğində vacib rol oynayır. Dünyanın elə bir ölkəsi yoxdur ki, muğam ifaçılarımız orada çıxış etməsinlər. Heydər Əliyev Fondu dünyada musiqimizin təbliğatı ilə məşğuldur və böyük tədbirlər keçirir. Belə olduğu təqdirdə, Azərbaycan muğamı dünyada daha çox tanınır. Dünyanın məşhur musiqiçiləri ilə bizim musiqiçilərimiz arasında sıx əlaqə, dostluq münasibətləri yaranır. Beynəlxalq Muğam Mərkəzimizdə irimiqyaslı layihələr, elmi konfranslar, dəyirmi masalar, konsertlər, böyük tədbirlər keçirilir. Daha sonra qonağa BMM-nin foyesində olan ekspozisiyada nümayiş olunan milli musiqi alətləri haqqında məlumat verilib.

Qonaqların şərəfinə Beynəlxalq Muğam Mərkəzinin solistlərinin konsert proqramı təqdim olunub. Gənc xanəndələr xalq mahnıları və təsnifləri, eləcə də muğamlarından parçalar səsləndiriblər.

Maddi-mədəni irsimizlə yanaşı, BMM-nin binasının memarlıq üslubu, muzey hissəsində korifey muğam ustadlarının büstləri və milli musiqi alətlərimizlə tanışlıq qonaqlarda xoş təəssürat yaradıb.



Femida.az

Açar sözlər:

Oxunub: 477