Daha bir qazi yüksək texnologiyalı protezlə təmin olunur
15:53 17 Yanvar 2021

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əməkdaşları Vətən müharibəsində yaralanmış Seyidəkbər Vaqif oğlu Xalıqov (Bakının Sabunçu rayonu) və ailəsi ilə görüşüblər.
ƏƏSMN-dən Femida.az verilən məlumata görə, qazinin özü, valideynləri və biri azyaşlı olan iki qardaşından ibarət olan ailənin istəyi nəzərə alınmaqla, Seyidəkbərin anası ödənişli ictimai işlə təmin edilib. Atası çilingərlik, qazi özü və qardaşı isə şirniyyat istehsalı üzrə kiçik biznes sahələrini yaratmaları üçün özünüməşgulluq proqramına cəlb olunublar. Yaxın günlərdə proqramın dəstəyi olaraq onlara bütün lazımi avadanlıqlar veriləcək. Beləliklə, ailənin məşğulluq məsələsi həll olunub.
Müharibədə ağır yaralanaraq bir ayağı amputasiya olunmuş qazinin yüksək texnologiyalı protezlə təmin edilməsi də qərara alınıb.
Bununla bağlı olaraq, Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində Seyidəkbərin ilkin müayinəsi aparılıb. Ölçülər götürülüb, müvafiq təlimatlar verilib. Protezləşməyə hazırlıq prosesindən sonra qazi yüksək texnologiyalı protezlə təmin ediləcək.
Qaziyə əlillik təyin olunmaqla ona sığorta ödənişi, hər ay təqaüd və sosial müavinət də ödəniləcək.
Femida.az
Oxunub: 278
Oxşar xəbərlər
- Daha iki ali məktəb akkreditasiyadan keçib
- Daha bir qazimiz yüksək texnologiyalı protezlə təmin edilir
- Daha iki marşrutun hərəkət sxemi dəyişdirilir
- Daha bir qaziyə vəzifə verildi
- Daha 144 yeni yoluxma qeydə alınıb, 2 nəfər vəfat edib
- Daha bir şəhid övladının adına 5000 manatlıq hesab açılacaq (FOTO)
- Daha iki ali məktəb akkreditasiyadan keçdi
- Daha 2 ölkədən quşçuluq məhsullarının idxalı yasaqlandı
- Daha bir şəhidimiz dəfn olundu
- Daha bir nazirlik azad edilmiş ərazilərə səfərlərlə bağlı xəbərdarlıq etdi - VİDEO