TÜRKSOY-un və Türk Şurasının nümayəndə heyəti Füzuliyə səfər edib
16:44 17 Yanvar 2021
Türkdilli dövlətlərin əməkdaşlıq şurasının baş katibi Bağdat Amereyev, TÜRSOY-un baş katibi Düsen Kasainov, Türk mədəniyyəti irsi fondunun rəhbəri Günay Əfəndiyeva günün ikinci yarısında Füzili şəhərində olublar.
Burada şəhərin ermənilər tərəfindən dağıdıldığının şahidi olan qonaqlar gördüklərindən dəhşət gəldiklərini bildiriblər.
Türkdilli ölkələrin əməkdaşlıq şurasının baş katibi Bağdat Amereyev türk xalqlarının ortaq mədəni irsi sayılan Kenan Çarboğanın müəllifi olduğu "Korkutname" kitabını, Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Günay Əfəndiyevaya verib. Səfərləri çərçivəsində qonaqlar ermənilərin tamamilə dağıtdıqları Füzuli şəhər məscidində də olublar. Məscidin qalıqlarını görən qonaqlar bu hadisəni islam düşmənçiliyi adlandırıblar. / Report
Femida.az
Oxunub: 512