Bakıdan nümayəndə heyəti Tehrana gedir


18:03     17 Yanvar 2021 2021/01/D576055D-785E-46CA-8614-963402B27C95_1610891918.jpeg

Sabah Bakıdan iqtisadi məsələlər üzrə geniş tərkibli nümayəndə heyəti Tehrana səfər edəcək.

Femida.az-ın xəbərinə görə, bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi "Twitter" hesabında qeyd edib. O bildirib ki, nümayəndə heyəti Azərbaycan və İran arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 14-cü iclasında iştirak edəcək. Səfirin sözlərinə görə, nəqliyyat, enerji, sənaye, ticarət, rabitə, yeni texnologiyalar, səhiyyə, kənd təsərrüfatı turizmi, bank işi, sığorta və s. sahədə əməkdaşlıq müzakirə olunacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 713