Polkovnikin meyiti ailəsinə veriləcək


03:41     21 Dekabr 2015 1450632247.jpg


Bu gün MTN-in Antiterror Mərkəzinin keçmiş rəis müavini, polkovnik İlqar Əliyev intihar edib.

Trend-in məlumatına görə, İ.Əliyev saxlanıldığı Bakı İstintaq Təcridxanasında (BIT) özünü asıb.

İ.Əliyevin vəkili Rəşad Mirmehdizadə bildirib ki, mərhumun meyiti ailəsinə təhvil veriləcək. R.Mirmehdizadə İ.Əliyev dəfn olunmaq üçün sabah Göyçay rayonuna aparılacağını da qeyd edib.

İ.Əliyev MTN-lə bağlı başlanmış cinayət işi ilə əlaqədar həbs olunmuşdu.

Açar sözlər:

Oxunub: 918