Bakıda və daha 16 şəhər-rayonda SMS-icazə və icaze.e-gov.az” portalından icazə sistemi ləğv olunub
08:07 18 Yanvar 2021

Bir sıra ölkələrdə və Azərbaycanda xəstəliyin yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin 2021-ci il 18 yanvar saat 00:00-dan yumşaldılması qərara alınıb.
Femida.az -IN məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, 2021-ci il 18 yanvar saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində yaşayış yerini və olduğu yeri “SMS” icazə, “icaze.e-gov.az” portalı və xidməti vəsiqə əsasında tərk etmək sistemi ləğv olunub.
Yanvarın 25-dən isə sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin də aradan qaldırılması nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 aprel saat 06:00-dək uzadılıb.
Oxunub: 319
Oxşar xəbərlər
- Bakıda 35 yaşlı kişi intihar edib
- Bakıda bir qrup fəal aksiya keçirməyə cəhd göstərib
- Bakıda qadının üzərinə dəmir düşdü, hadisə yerində öldü - VİDEO
- Bakıda liftdə qalanlar xilas olundu
- Bakıda güclü külək orta məktəbin dam örtüyünü uçurub
- Bakıda ağacların dibi asfaltdan təmizlənib
- Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
- Bakıda tıxac olan yolların adları açıqlanıb - SİYAHI
- Bakıda narkotik alverçiləri tutulub - FOTO
- Bakıda 13 yaşlı qız itkin düşüb - FOTO