Cəlilabad sakini taksidə 4 kiloqram heroinlə tutulub
10:04 18 Yanvar 2021
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri ardıcıl əməliyyat tədbirləri nəticəsində 5 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Femida.az-a verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Göytəpə şəhər sakini Nurlan Zülfüqarov Cəlilabad rayon sakini Y.Nuruşovun idarə etdiyi “Mercedes” markalı avtomobildə saxlanılaraq həmin avtomobillə birlikdə polis şöbəsinə gətirilib. Cəlilabad RPŞ-də avtomobilə keçirilən baxış zamanı oradan N.Zülfüqarova məxsus qara rəngli polietilen torbada ümumi çəkisi 4 kiloqram 115 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülüb.
Cəlilabad RPŞ-nin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi digər əməliyyat tədbiri nəticəsində rayon sakini Qoşqar Qənbərli saxlanılıb. Onun yaşadığı evdən 1 kiloqram 365 qram narkotik vasitə heroin, əlavə olaraq qurudulmuş marixuana və psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.
Faktlarla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.
Oxunub: 467
Oxşar xəbərlər
- Cəlilabadın icra başçısının müavini işdən çıxarılıb
- Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var
- Cəlilabadda 30 yaşlı şəxs intihar edib
- Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var
- Cəlilabadda yanğın başlayıb
- Cəlilabadda 2 nəfər azyaşlıya hədə-qorxu gələrək pulunu əlindən alıb
- Cəlilabadda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Cəlilabadda avtomobillə vurulan piyada komaya düşüb
- Cəlilabadın sabiq başçısının məhkəməsində 15 şahid dindirilib
- Cəlilabadın sabiq başçısının məhkəməsində 30 şahid dindirilib