Dünyaya COVID-19-a yoluxanların sayı 95 milyonu keçib
10:33 18 Yanvar 2021
Dünyaya yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 95 milyon nəfəri keçib.
Femida.az -ın xəbərinə görə, ABŞ-ın Cons Hopkins Universitetinin məlumatında bildirilir ki, yanvarın 18-dək dünyada 95 003 533 nəfər COVID-19-a yoluxub, onlardan 2 029 938 nəfər ölüb.
Ən çox yoluxma ABŞ-da qeydə alınıb – 23 928 643 nəfər. İkinci yerdə Hindistan (10 557 985), üçüncü yerdə Braziliya (8 488 099) gəlir.
Oxunub: 365