Cəbrayıl polisi tərəfindən narkotacir qardaşlar saxlanılıb
10:54 18 Yanvar 2021

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı sakinləri olan iki qardaş saxlanılıb.
Onların olduğu avtomobildən 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.
DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Cəbrayıl RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu Biləcəri qəsəbə sakinləri Elnur Möhbəliyev və qardaşı Əzim Möhbəliyev sonuncunun idarə etdiyi “Opel “ markalı avtomobildə saxlanılıblar. Polis şöbəsində həmin avtomobilə keçirilən baxış zamanı yük yerindən 3 ədəd polietilen bağlamada ümumi çəkisi 4 kiloqram 100 qram olan narkotik vasitə heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 267
Oxşar xəbərlər
- Cəbrayılda minaya düşən iki nəfərin meyit fraqmentləri tapılıb
- Cəbrayılın Niyazqulular kəndi - VİDEO
- Cəbrayılın Soltanlı kəndi - VİDEO
- Cəbrayılın Göyərçin Veysəlli kəndindən görüntülər - VİDEO
- Cəbrayılın Aşağı Maralyan kəndinin görüntüləri - VİDEO
- Cəbrayılda daha 3 erməni hərbçinin cəsədi tapıldı
- Cəbrayılın Niftalılar kəndi - VİDEO
- Cəbrayılın Balyand kəndi - VİDEO
- Cəbrayılın Qaracallı kəndi - VİDEO
- Cəbrayılın Minbaşılı kəndi - VİDEO