Bakıda gənc oğlana 8 bıçaq zərbəsi vurulub


11:27     18 Yanvar 2021 bicaq.jpg

Bakının Nərimanov rayonunda bir nəfər parkda bıçaqlanıb.

Femida.az xəbər verir ki, hadisə metronun "Koroğlu" stansiyasının yaxınlığında baş verib.

2000-ci il təvəllüdlü İsabalazadə İsabala Rauf oğlu tanışı ilə mübahisə zamanı bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılıb. Həkimlər ona qarnının ön divarının çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu qoyub. Ona ümumilikdə 8 bıçaq zərbəsi vurulub.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 491