Daha 4 nəfər COVID-19 xəstəsi barəsində cinayət işi başlanıb
11:35 18 Yanvar 2021

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi 5 şəhərin və 12 rayonda quraşdırılmış xüsusi postlarda Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumatına görə, ev şəraitində müalicə təyin edilən 4 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunub saxlanılaraq evə qaytarılıblar. Onlar barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.
Oxunub: 301
Oxşar xəbərlər
- Daha bir qazimiz yüksək texnologiyalı protezlə təmin edilir
- Daha iki marşrutun hərəkət sxemi dəyişdirilir
- Daha bir qaziyə vəzifə verildi
- Daha 144 yeni yoluxma qeydə alınıb, 2 nəfər vəfat edib
- Daha bir şəhid övladının adına 5000 manatlıq hesab açılacaq (FOTO)
- Daha iki ali məktəb akkreditasiyadan keçdi
- Daha 2 ölkədən quşçuluq məhsullarının idxalı yasaqlandı
- Daha bir şəhidimiz dəfn olundu
- Daha bir nazirlik azad edilmiş ərazilərə səfərlərlə bağlı xəbərdarlıq etdi - VİDEO
- Daha bir marşrut xətti “BakuBus”a verildi