Rusiyada baş vermiş yanğın zamanı 4 nəfər ölüb
12:11 18 Yanvar 2021

Rusiyanın Petrozavodsk şəhərində mənzildə baş vermiş yanğın zamanı, biri uşaq olmaqla, dörd nəfər ölüb.
Femida.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsi məlumat yayıb.
“İstintaqın nəticələrinə görə, yanvarın 17-də Petrozavodskdakı yaşayış binasının mənzillərindən birində yanğın baş verib. Yanğın söndürüldükdən sonra orada iki qadının və bir kişinin cəsədləri tapılıb. Bundan başqa, iki kişi və üç yaşlı bir uşaq hadisə yerindən təxliyə olunub. Göstərilən yardımlara baxmayaraq, uşaq xəstəxanada ölüb”, - qurumun məlumatında belə deyilir.
Hazırda hadisənin səbəbləri araşdırılır.
Oxunub: 278
Oxşar xəbərlər
- Rusiyada koronavirusdan ölənlərin sayı 88 mini ötüb
- Rusiyada daha 11 359 nəfərdə koronavirus aşkarlanıb
- Rusiyadan idxal edilən toyuq ətində salmonella aşkarlanıb
- Rusiyada ötən sutka koronavirusa 12 742 nəfər yoluxub
- Rusiyada terror aktları törətməyi planlaşdıran 19 ekstremist həbs edilib
- Rusiyada COVID-19-a yoluxanların sayı 4 071 883 nəfərə çatıb
- Rusiyada gənc azərbaycanlı həkim təltif olundu
- Rusiyada koronavirusdan ölüm hallarının aylıq statistikası açıqlanıb
- Rusiyada İŞİD üzvləri saxlanılıb
- Rusiyada son sutkada 485 nəfər koronavirusdan ölüb