Rusiyada baş vermiş yanğın zamanı 4 nəfər ölüb
12:11 18 Yanvar 2021
Rusiyanın Petrozavodsk şəhərində mənzildə baş vermiş yanğın zamanı, biri uşaq olmaqla, dörd nəfər ölüb.
Femida.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsi məlumat yayıb.
“İstintaqın nəticələrinə görə, yanvarın 17-də Petrozavodskdakı yaşayış binasının mənzillərindən birində yanğın baş verib. Yanğın söndürüldükdən sonra orada iki qadının və bir kişinin cəsədləri tapılıb. Bundan başqa, iki kişi və üç yaşlı bir uşaq hadisə yerindən təxliyə olunub. Göstərilən yardımlara baxmayaraq, uşaq xəstəxanada ölüb”, - qurumun məlumatında belə deyilir.
Hazırda hadisənin səbəbləri araşdırılır.
Oxunub: 457
Oxşar xəbərlər
- Rusiyada hərbi komissarlığa silahlı hücum olub, hərbi komissar ölüb
- Rusiyada qismən səfərbərlik elan olunub
- Rusiyada son 5 ayın rekord yoluxma halı qeydə alınıb
- Rusiyada 82 nəfər kəskin bağırsaq infeksiyasına yoluxub
- Rusiyada təyyarə qəzası olub, ölənlər var
- Rusiyada 10 gün öncə radardan itən təyyarə tapılıb
- Rusiyada beş nəfər avtomobildə yanaraq ölüb
- Rusiyada təyyarə qəzasında ölənlərin sayı artıb
- Rusiyada "An-2" təyyarəsi radardan itib
- Rusiyadan Azərbaycana dərman preparatlarının gətirilməsinin qarşısı alınıb