Cəlilabadda keçmiş məhkum 4 kq narkotiklə tutuldu


13:09     18 Yanvar 2021 2015-04-29-15-07-19narkotik.jpg

Cəlilabad sakinində narkotik aşkarlanıb.


Bu barədə Femida.aza Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Göytəpə şəhər sakini, əvvəllər məhkum olunmuş N.Zülfüqarov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 4 kq 115 qram heroin aşkar edilərək götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 453