Qarabağda televiziya proqramlarının yayımı təmin olunub
14:55 18 Yanvar 2021

Qarabağ zonasında açıq (sosial) paketdə olan televiziya proqramlarının yayımı və 3 ümumölkə radio kanalının yayımı təmin olunub.
Femida.az-ın məlumatına görə, bu, Milli Televiziya və Radio Şurasının 2020-ci il üzrə hesabatında əksini tapıb.
Hesabatda qeyd olunub ki, İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərimizdə yeni TV və FM radio yayım stansiyalarının quraşdırılması, ümumölkə yerüstü TV və radio yayım şəbəkəsinin tamamlanması üçün əhatə zonaları çıxarılıb.
Şuşa, Hadrut, Cəbrayıl, Laçın və Kəlbəcər radio-televiziya yayım stansiyalarında istismar olunacaq TV və FM radiovericilərinin gücləri hesablanıb. Aparılmış işlərin nəticəsi olaraq Şuranın 29 dekabr 2020-ci il tarixli qərarları ilə Qarabağ zonasında açıq (sosial) paketdə olan televiziya proqramlarının yayımı və 3 ümumölkə radio kanalının yayımı təmin olunub.
Femida.az
Oxunub: 316
Oxşar xəbərlər
- Qarabağda infrastrukturun qurulması məsələləri müzakirə edildi
- Qarabağda kompleks seysmoloji tədqiqatlar aparılacaq
- Qarabağdan Ermənistana gedənlərə qarşı dələduzluq edən tutulub
- Qarabağda radio kanalı açılacaq, yerli radiolar yayımlanacaq
- Qarabağda qaza illik tələbatın həcmi açıqlandı
- Qarabağda tapılan erməni hərbçilərin meyitlərinin sayı artır
- Qarabağda meyiti tapılan itkin erməni hərbçilərin sayı 1 345 nəfərə çatdı
- Qarabağda itkin düşmüş daha 15 erməni hərbçinin meyiti tapıldı
- Qarabağda daha 8 erməni hərbçinin meyiti tapılıb
- Qarabağda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayır