İlin sonuna DOST mərkəzlərinin sayı 7-ə çatacaq
16:29 18 Yanvar 2021
"Son il yarımda Bakıda 3 DOST mərkəzi açılıb. Yaxın vaxtlarda Bakının Binəqədi rayonunda həmin rayonun və Nərimanov rayonunun sakinlərinə xidmət göstərəcək DOST mərkəzi də açılacaq. Bu il həmçinin Abşeron, Bərdə və Quba rayonlarında DOST mərkəzlərinin açılması planlaşdırılır".
Femida.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
O qeyd edib ki, bununla ilin sonuna DOST mərkəzlərinin sayı 7-ə çatacaq, növbəti illərdə bu mərkəzlərin şəbəkəsinin ölkə boyu genişləndirilməsi davam edəcək: "Paralel olaraq, sosial xidmət və reabilitasiya müəssisələri şəbəkəsi də genişləndirilir və müasir tələblərə uyğun qurulur. Ötən ildə 6 müəssisə - Lənkəran, Xaçmaz, Şirvan, Şəki, Sumqayıt Reabilitasiya Mərkəzləri və Göygöl Psixonevroloji Sosial Xidmət Müəssisəsi tam şəkildə yenidən qurularaq istifadəyə verilib. Müasir avadanlıqlarla da təchiz edilmiş bu reabilitasiya müəssisələri həm müharibədə yaralanmış hərbi qulluqçularımıza, həm də digər əlilliyi olan şəxslərimizə keyfiyyətli xidmətlər göstərəcəklər.
S.Babayev hazırda Şağan Reabilitasiya Pansionatının, Şəmkir və Qəbələdə Uşaq Reabilitasiya Mərkəzlərinin, Şamaxı Psixonevroloji Sosial Xidmət Müəssisəsinin açılışına hazırlıq işləri aparıldığını və bu il onların da istifadəyə veriləcəyini deyib: “Bununla Nazirliyin sosial xidmət və reabilitasiya müəssisələrinin sayı 30-dan çox olacaq. Hədəfimiz də budur ki, reabilitasiya xidmətləri göstərilənlərin illik sayını 30 minə çatdıraq. Qarşıdakı dövrdə bu müəssisələr şəbəkəsi daha da genişləndiriləcək”.
Oxunub: 495
Oxşar xəbərlər
- İlin sonuncu Günəş tutulması hadisəsi başlayıb
- İlin ikinci Günəş tutulması başlayıb
- İlin sonuna qədər BTQ-ilə 20 min ton yük göndərilməsi gözlənilir
- İlin ilk 6 ayındakı cinayətlərin STATİSTİKASI
- İlin ilk beş ayında Azərbaycanda 47 mindən çox uçaq doğulub
- İlin ilk dörd ayında 4,3 min ailə boşanıb
- İlin birinci rübündə ölkədə 29 minə yaxın yaxın uşaq doğulub, 16 min nəfər ölüb
- İlin ilk üç ayında 4 minə yaxın ailə boşanıb - RƏSMİ
- İlin sonunadək mənzillə təmin olunacaq məcburi köçkünlərin sayını açıqlanıb
- İlin sonunadək 3700 məcburi köçkün ailəsinə mənzil veriləcək