Belçikada itkin düşən azərbaycanlının meyiti tapıldı - Su kanalında
18:11 18 Yanvar 2021

Belçikada bir müddət əvvəl axtarışda olan Azərbaycan vətəndaşı Vüqar Rzanın meyiti yaşadığı qaçqın kampının yaxınlığındakı su kanalında tapılıb.
Report-un məlumatına görə, mərhumun meyiti təxminən 3 metr dərinliyi olan kanalın beton plitələrinə ilişmiş formada aşkarlanıb.
Məhkəmə tibbi ekspertizasının ilkin qərarında onun hər hansı bir fiziki zərbəyə məruz qalmadığı qeyd olunub. Bədəninin şişməsi və göyərməsi isə suda uzun müddət qalması ilə əsaslandırılıb.
Polisdən bildirilib ki, hazırda cinayət işi ilə bağlı istintaq davam edir.
Məlumat üçün qeyd edək ki, əslən Azərbaycanın Kəlbəcər rayonundan olan V.Rza Şəkidə müəllim işləyirmiş. O, bir neçə il əvvəl Belçikaya gəlib və bu ölkədən sığınacaq istəyib.
Femida.az
Oxunub: 414
Oxşar xəbərlər
- Belçikada itkin düşən azərbaycanlı müəllimin meyiti tapılıb
- Azərbaycanlılar Belçika bələdiyyəsinin Qarabağla bağlı qərarını dəyişdirdi
- Türkiyə XİN Belçikaya cavab verdi
- XİN Belçika parlamentinin qətnaməsinə münasibət bildirib
- Azərbaycanlı icmasından Belçika parlamentinə çağırış
- Ermənilərin Belçikadakı səfirliyimiz qarşısında icazəsiz aksiyası baş tutmayıb
- Kamal Cəfərov ermənilərin təxribatı barədə belçikalı deputatları məlumatlandırdı
- İlham Əliyev Belçikanın Kralına məktub ünvanladı
- Belçika kralı Azərbaycan Prezidentinə məktub yazdı
- Belçikada daha 1,3 min nəfərdə koronavirus aşkarlandı