Belçikada itkin düşən azərbaycanlının meyiti tapıldı - Su kanalında


18:11     18 Yanvar 2021 2021/01/C31C86CB-2393-4842-B21E-66949D186932_1610979167.jpeg


Belçikada bir müddət əvvəl axtarışda olan Azərbaycan vətəndaşı Vüqar Rzanın meyiti yaşadığı qaçqın kampının yaxınlığındakı su kanalında tapılıb.


Report-un məlumatına görə, mərhumun meyiti təxminən 3 metr dərinliyi olan kanalın beton plitələrinə ilişmiş formada aşkarlanıb.

Məhkəmə tibbi ekspertizasının ilkin qərarında onun hər hansı bir fiziki zərbəyə məruz qalmadığı qeyd olunub. Bədəninin şişməsi və göyərməsi isə suda uzun müddət qalması ilə əsaslandırılıb.

Polisdən bildirilib ki, hazırda cinayət işi ilə bağlı istintaq davam edir.

Məlumat üçün qeyd edək ki, əslən Azərbaycanın Kəlbəcər rayonundan olan V.Rza Şəkidə müəllim işləyirmiş. O, bir neçə il əvvəl Belçikaya gəlib və bu ölkədən sığınacaq istəyib.

Femida.az

Açar sözlər: #Belçika   #itkin  

Oxunub: 654