Ötən il Azərbaycanda 26 mindən çox cinayət qeydə alınıb


18:44     18 Yanvar 2021 bakida%20silsile%20cinayetler.jpg


2020-ci ildə Azərbaycanda ümumilikdə 26 004 cinayət qeydə alınıb.


Femida.az bildirir mi, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov bu barədə kollegiya iclasında deyib.

O bildirib ki, cinayətlərin 86,7 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil edib: "Ölkəmizdə cinayətkarlığa qarşı mübarizə, asayişin və təhlükəsizliyin qorunması sahəsində fəaliyyət digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqədə davam etdirilib, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 8 fakt azalaraq 257 olub".

Femida.az

Açar sözlər: #DİN   #polis   #cinayət  

Oxunub: 491