Xırdalanda səkidə quraşdırılan ticarət köşkü götürüldü
20:09 18 Yanvar 2021
Abşeron rayonu, Xırdalan şəhəri, Zərifə Əliyeva küçəsində - Heydər Əliyev parkının yaxınlığında piyada səkisi üzərində ticarət köşkünün quraşdırılması ilə bağlı yerli sakinlərin şikayəti Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə daxil olub.
Bu barədə Dövlət Komitəsindən məlumat verilib.
Komitənin mütəxəssisləri tərəfindən dərhal yerində baxış keçirilərək müəyyən olunub ki, ticarət köşkü qeyd edilən ünvanda səki üzərində şəhərsalma qanunvericiliyinə və normalarına riayət edilmədən, zəruri razılaşdırılma və icazə prosedurları həyata keçirilmədən quraşdırıb, bununla da piyadaların gediş-gəlişinə maneə yaradılıb.
Bununla əlaqədar Komitə tərəfindən Abşeron Rayon İcra Hakimiyyətinə müraciət edilmiş və Azərbaycan Respublikası Prezidentinin 24.11.2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq qanunsuz tikinti-quraşdırma işləri dayandırılıb, konstruksiyanın piyada səkisi üzərindən götürülməsi təmin edilib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi şəhərsalma proseslərinə ictimai nəzarətin xüsusi əhəmiyyətini vurğulayır, qeyri-qanuni tikinti-quraşdırma işlərinin qarşısının alınması üçün təşəbbüskarlığa və vətəndaş borcunun yerinə yetirilməsinə görə sakinlərə təşəkkür edir.
Eyni zamanda Komitə tikinti fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə bir daha müraciət edərək Azərbaycan Respublikasının şəhərsalma qanunvericiliyinin bütün tələblərinə riayət etməyə çağırır. Müvafiq icra hakimiyyəti orqanlarından tikintiyə icazə sənədi alınmadan hər hansı tikinti-quraşdırma işlərinin aparılması qadağandır və bu sahədə müəyyən olunmuş tələbləri pozan şəxslərə qarşı qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görülməsi təmin ediləcək.
Oxunub: 638
Oxşar xəbərlər
- Xırdalanda keçmiş arvadını öldürməkdə şübhəli bilinən kişi tutulub - RƏSMİ
- Xırdalanda məktəbin uçan damının təmirinə başlanılıb
- Xırdalanda arvadını balta ilə qətlə yetirən şəxsin ibtidai istintaqı başa çatıb
- Xırdalanda gənci avtomobil vurub
- Xırdalanda daha bir narkotacir saxlanılıb
- Xırdalanda su kəsiləcək
- Xırdalanda 60 yaşlı qadın dəm qazından zəhərlənib
- Xırdalanda kişi qonşusu tərəfindən bıçaqlanıb
- Xırdalanda avtomobilin vurduğu piyada xəstəxanada ölüb
- Xırdalanda ər 22 yaşlı arvadını öldürdü