Daha üç xarici kanal “Azerspace-1”lə yayıma başladı
21:26 18 Yanvar 2021

“Azərkosmos” və Qırğızıstanın “Ayan TV” və “Super TV” kanalları arasında kommersiya müqaviləsi imzalanıb.
“Azərkosmos”dan Femida.az-a bildirilib ki, müqaviləyə əsasən, bu gündən etibarən “Ayan TV” və “Super TV” kanalları Mərkəzi Asiya ölkələrində “Azerspace-1” peyki vasitəsilə yayımlanır.
Sözügedən kanallarda rus və qırğız dillərində Qırğızıstanın siyasi, sosial, iqtisadi və mədəniyyət proqramları nümayiş olunur.
“Ayan TV” və “Super TV” kanallarının yayım tezliyi: 11104/V/13000
Həmçinin Türkiyənin Avropada yayımlanan və çoxsaylı izləyiciləri olan “Euro 90 TV” kanalı “Azerspace-1” peykinin Avropa şüası üzərindən yayıma başlayıb. “Euro 90 TV” kanalında türk və ingilis dillərində Avropada, o cümlədən dünyada baş verən yeniliklər, sağlamlıq, əyləncə və siyasi mövzular barədə proqramlar yayımlanır.
Femida.az
Oxunub: 281
Oxşar xəbərlər
- “YAŞAT” Fondu daha 2 şəhidin övladına hesab açır
- Azərbaycanda daha 314 nəfər koronavirusa yoluxub - 2 nəfər ölüb
- Ramanada şəhid ailələri və müharibə əlillərinə daha 30 mənzil təqdim edilib
- Azərbaycan və Türkiyə hərbçiləri daha bir təlim keçirəcək
- Bu il Bakıda daha 2 “ASAN xidmət” açılacaq
- Bakıda qaydaları pozan daha bir neçə kafe və restoran cərimələnib - SİYAHI
- Daha iki ali məktəb akkreditasiyadan keçib
- Daha bir məktəb koronavirusa görə bağlandı
- Dövlət qulluğuna imtahanda qadınlar daha yüksək nəticə göstərib
- "YAŞAT" daha bir şəhidin yeni doğulan övladı üçün hesab açacaq