Vəkillər Kollegiyası dövlətə 2,8 milyon manat qaytardı


23:29     18 Yanvar 2021 2021/01/kollegiya_esas_1610999037.jpg

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ötən il dövlət tərəfindən ayrılan vəsaitin yarıdan çoxunu dövlət büdcəsinə qaytarıb.

Femida.az Kollegiyaya istinadən bildirir ki, Prezidentin fərmanı ilə 2020-ci ilin dövlət büdcəsində Vəkillər Kollegiyasına 5,5 milyon manat ayrılmışdı.

2020-ci il ərzində dövlət hesabına göstərilən hüquqi yardıma görə ümumilikdə 62 vəkil qurumunda fəaliyyət göstərən vəkillərə və 43 fərdi qaydada fəaliyyət göstərən vəkilə ödənişi nəzərdə tutan 21 913 qərar icra edilib.

Sözügedən qərarlar üzrə ümumilikdə 2 664 167 manat vəsait xərclənib. Həmin məbləğ dövlət büdcəsindən bu məqsədlə Vəkillər Kollegiyasına ayrılmış vəsaitin 48 %-ni təşkil edir.

2020-ci il üzrə istifadə edilməmiş vəsaitin ümumi qalığı 2 855 083 manat olub və məbləğ ilin sonuna xəzinə hesabının qalığı vahid xəzinə hesabına geri qaytarılıb.

Qeyd edək ki, 1 yanvar 2020-ci ildən dövlət hesabına göstərilən hüquqi yardıma görə vəkillərə ödənilməli olan məbləğlər birbaşa Kollegiya tərəfindən vəkil qurumuna və ya fərdi qaydada fəaliyyət göstərən vəkilə nağdsız qaydada ödənilir.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #vəkil   #kollegiya   #büdcə   #vəsait   #hüquq  

Oxunub: 7088