748 Azərbaycan vətəndaşı Almaniyadan sığınacaq istəyib


10:08     19 Yanvar 2021 21_01_19_1611038937.jpg


2020-ci ildə Almaniyaya gələrək, bu ölkədən sığınacaq istəyən Azərbaycan Respublikası vətəndaşlarının sayı məlum olub.

Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) bildirib ki, keçən il federal idarəyə 748 Azərbaycan Respublikası vətəndaşı tərəfindən qaçqın statusu üçün müraciət daxil olub. Onlardan 435-nin müraciəti ilk dəfə, 313-nün müraciəti isə təkrar olaraq qeydə alınıb.

BAMF-dan bildirilib ki, 2020-ci ildə federal idarə ümumilikdə 145 071 müxtəlif ölkə vətəndaşlarının qaçqın statusu üçün ərizəsini qeydə alıb. Bu, 2019-cu ilin statistikası ilə müqayisədə 15 % azalma deməkdir. / Report

Femida.az

Açar sözlər: #Almaniya   #sığınacaq  

Oxunub: 214