748 Azərbaycan vətəndaşı Almaniyadan sığınacaq istəyib
10:08 19 Yanvar 2021
2020-ci ildə Almaniyaya gələrək, bu ölkədən sığınacaq istəyən Azərbaycan Respublikası vətəndaşlarının sayı məlum olub.
Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) bildirib ki, keçən il federal idarəyə 748 Azərbaycan Respublikası vətəndaşı tərəfindən qaçqın statusu üçün müraciət daxil olub. Onlardan 435-nin müraciəti ilk dəfə, 313-nün müraciəti isə təkrar olaraq qeydə alınıb.
BAMF-dan bildirilib ki, 2020-ci ildə federal idarə ümumilikdə 145 071 müxtəlif ölkə vətəndaşlarının qaçqın statusu üçün ərizəsini qeydə alıb. Bu, 2019-cu ilin statistikası ilə müqayisədə 15 % azalma deməkdir. / Report
Femida.az
Oxunub: 423
Oxşar xəbərlər
- Almaniya qışda Rusiya qazından imtina edə bilər
- Almaniyada qətl törədən azərbaycanlı axtarışa verilib, prosesə helikopterlər cəlb olunub
- Almaniya və Niderland Ukraynaya daha altı haubitsa verəcək
- Almaniyada G7 ölkələrinin sammiti başlayıb
- Almaniyada meymunçiçəyinə 113 yoluxma qeydə alınıb
- Azərbaycan vətəndaşlarının Almaniyadan növbəti deportasiyası gözlənilir
- Almaniyada Azərbaycan vətəndaşına xəsarət yetirən şəxs saxlanılıb
- Ceyhun Bayramov Almaniyaya yola düşüb
- Almaniyanın tanınmış azərbaycanlı araşdırmaçısı vəfat edib
- Almaniyadan Ukraynaya daşınan zenit raket kompleksləri və pulemyotlar gətirilib