Ağcabədidə qanunsuz işləyən çörək sexi bağlandı
10:24 19 Yanvar 2021

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Ağcabədi rayonu, 4 yol ərazisində fəaliyyət göstərən fiziki şəxs Mehdiyev Fridun Elşad oğluna məxsus çörək istehsalı müəssisəsində yoxlama həyata keçirib.
AQTA-dan Femida.az-a verilən məlumata görə, ilkin baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatı olmadan fəaliyyət göstərdiyi aşkarlanıb.
Araşdırma zamanı məlum olub ki, müəssisə sanitar-gigiyenik qaydalara əməl etmədən, qida təhlükəsizliyinə dair normativ aktlara əməl edilmədən fəaliyyət göstərir. Aşkar edilən nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq süd qəbulu məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam etdirilir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcək.
Femida.az
Oxunub: 271
Oxşar xəbərlər
- Ağcabədidə qanunsuz ov edən şəxs saxlanılıb - FOTO
- Bakı və Ağcabədidə ölümlə nəticələnən qəzalar olub
- Ağcabədidə vaqon tipli ev yanıb
- Ağcabədidə avtomobilin vurduğu piyada xəstəxanada öldü
- Ağcabədidə qanunsuz istehsal sahələri aşkarlanıb
- Ağcabədidə koronavirus xəstələrinə cinayət işi başlanılıb
- Ağcabədidə intihara cəhdin qarşısı alınıb
- Bakıda avtomobil, Tovuzda və Ağcabədidə ev yanıb
- Ermənilər Ağcabədidə mülki şəxs yaraladı
- Ağcabədidə 5 otaqlı ev yanıb