Tətlif edilən şəhid təhsil işçiləri


10:55     19 Yanvar 2021 21_01_19_1611039341.jpg


44 günlük Vətən müharibəsində 20 nəfər təhsil işçisi döyüşlərdə qəhrəmanlıq və şücaət göstərərək şəhidlik zirvəsinə ucalıb.


Təhsil Nazirliyindən Femida.az-a verilən məlumata görə, ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamları ilə onların hər biri ölümündən sonra müxtəlif dərəcəli medallarla təlif ediliblər.

Şəhid təhsil işçilərindən 19 nəfəri “Vətən uğrunda”, 7 nəfəri “Şuşanın azad olunmasına görə”, 3 nəfəri “Füzulinin azad olunmasına görə”, 2 nəfəri “Xocavəndin azad olunmasına görə”, 4 nəfəri “Cəsur döyüşçü”, 5 nəfəri “Qubadlının azad olunmasına görə”, 4 nəfəri “Döyüşdə fərqlənməyə görə”, 5 nəfəri “Cəbrayılın azad olunmasına görə”, 1 nəfəri “İgidliyə görə”, 1 nəfəri “Hərbi xidmətlərə görə”, 2 nəfəri isə “Laçının azad olunmasına görə” medalları ilə təltif ediliblər.

Femida.az

Açar sözlər: #şəhid  

Oxunub: 364