Vaksinlərin alınmasına 46 milyon manat xərclənib
11:42 19 Yanvar 2021
Koronavirusla Mübarizəyə Dəstək Fondundan COVID-19-a qarşı vaksinin alınmasına görə xərclənən vəsaitin məbləği məlum olub.
Femida.az Report-a istinadən bildirir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov açıqlama verib.
O bildirib ki, yanvarın 14-nə olan məlumata əsasən, COVID-19-a qarşı vaksinlərin alınması üçün Koronavirusla Mübarizəyə Dəstək Fondundan təqribən 46,1 milyon manat vəsait xərclənib.
Qeyd edək ki, Fonda indiyədək 114 268 840 manat ianə toplanıb. /
Femida.az
Oxunub: 494