Gömrük xidməti bəzi plastik əşyaların idxalını qadağan edib
12:08 19 Yanvar 2021
"Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununa edilən 26 noyabr 2020-ci il tarixli dəyişikliyə əsasən həmin Qanunun 46-cı maddəsində qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanların idxalına qadağa qoyulub.
Femida.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumatda qeyd edilir.
Mövcud qanunvericiliyə əsasən, 2021-ci il yanvarın 1-dən etibarən qalınlığı 15 mikronadək olan polietilen torbaların, iyulun 1-dən isə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanların sahibkarlar tərəfindən istehsalı və idxalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya xidmət zamanı istifadəsi qadağandır.
Dövlət Gömrük Komitəsi bu qəbildən olan məhsulların idxalı ilə məşğul olan sahibkarlara qanunvericiliyin tələblərinə əməl etməyə çağırır. Qanunvericiliyin tələblərini pozan hüquqi və fiziki şəxslər barəsində qanunamüvafiq tədbirlər həyata keçiriləcək.
Femida.az
Oxunub: 427
Oxşar xəbərlər
- Gömrükçülər narkotik qaçaqmalçılığı cəhdinin qarşısını alıb
- Gömrükçülər külli miqdarda dərman vasitələri saxlayıb
- Gömrükçülər ölkə ərazisi ilə Ermənistana yük aparan İran vətəndaşını saxlayıb
- Gömrük təmsilçiləri üçün imtahan keçirilib
- Gömrükçülər 218 kiloqram heroin aşkarladılar
- Gömrükdən keçən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydaları dəyişib
- Gömrükdə böyük narkotik əməliyyatı: 622 kq heroin aşkarlandı
- Gömrük sahəsinə dair birgə komitə yaradıldı
- Gömrük Akademiyası magistratura səviyyəsinə qəbul elan edir
- Gömrük Komitəsindən iddialara cavab: Avtomobillər satılmaq üçün gətirilirmiş