214 ərzaq satışı müəssisəsində 363 nöqsan aşkarlandı


12:38     19 Yanvar 2021 21_01_19_1611045532.jpg


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ərzaq satışı obyektlərində monitorinqləri davam etdirir.


AQTA-dan Femida.az-a verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində qurumun əməkdaşları ölkə ərazisində fəaliyyət göstərən 323 ərzaq satışı obyektində monitorinqlər həyata keçirib.

Monitorinq keçirilən 214 ərzaq satışı müəssisəsində ümumilikdə 363 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, eyni zamanda sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində normativ texniki sənədlərin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Femida.az

Açar sözlər: #AQTA  

Oxunub: 443