Qarabağ Dirçəliş Fondunun fəaliyyət istiqamətləri müəyyənləşdi
12:45 19 Yanvar 2021

Yeni yaradılan Qarabağ Dirçəliş Fondunun fəaliyyət istiqamətləri müəyyənləşib.
Femida.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş Qarabağ Dirçəliş Fondunun Nizamnaməsində yer alıb.
Fondun fəaliyyət istiqamətləri aşağıdakılardır:
1. müvafiq sahənin inkişafını təmin etmək;
2. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;
3. müvafiq sahədə aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
4. işğaldan azad olunmuş ərazilərdə bərpa, yenidənqurma və dayanıqlı inkişaf işinin həyata keçirilməsinə maliyyə dəstəyi göstərmək;
5. işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması və dayanıqlı inkişafı üçün sərmayələrin cəlb olunması, habelə bu istiqamətdə fəaliyyətin effektiv təşkili məqsədilə təbliğat-təşviqat və maarifləndirmə işi aparmaq;
6. işğaldan azad edilmiş ərazilərdə bərpa, yenidənqurma və dayanıqlı inkişaf məqsədlərinin dövlət-özəl tərəfdaşlığı çərçivəsində təmin edilməsi istiqamətində işləri təşviq etmək;
7. bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.
Qarabağ Dirçəliş Fondunun strukturu da müəyyənləşib.
Fondun strukturu Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 yanvar tarixli Fərmanı ilə təsdiq edilib.
Fərmana əsasən, Qarabağ Dirçəliş Fondunun strukturu aşağıdakı kimidir:
1. Qarabağ Dirçəliş Fondunun Aparatı.
2. Qarabağ Dirçəliş Fondunun filialları və nümayəndəlikləri.
Femida.az
Oxunub: 297
Oxşar xəbərlər
- Qarabağ üzrə üçtərəfli işçi qrupun iclası keçirildi
- Qarabağda infrastrukturun qurulması məsələləri müzakirə edildi
- Qarabağda kompleks seysmoloji tədqiqatlar aparılacaq
- Qarabağdan Ermənistana gedənlərə qarşı dələduzluq edən tutulub
- Qarabağda radio kanalı açılacaq, yerli radiolar yayımlanacaq
- Qarabağda qaza illik tələbatın həcmi açıqlandı
- Qarabağda tapılan erməni hərbçilərin meyitlərinin sayı artır
- Qarabağda meyiti tapılan itkin erməni hərbçilərin sayı 1 345 nəfərə çatdı
- Qarabağda itkin düşmüş daha 15 erməni hərbçinin meyiti tapıldı
- Qarabağda daha 8 erməni hərbçinin meyiti tapılıb