Kreml Navalnı ilə bağlı beynəlxalq rəyi nəzərə almaq niyyətində deyil
15:21 19 Yanvar 2021
Bütün rusiyalıların hüquqlarına Rusiya Federasiyasının qanunları ilə zəmanət verilir. Sözsüz ki, Aleksey Navalnı ilə bağlı vəziyyətdə də belə olacaq.
Femida.az -ın verdiyi məlumata görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Xeyr. Bu, Prezidentin xüsusi diqqətini tələb edən hadisə deyil. Bütün rusiyalıların hüquqları ölkə qanunları ilə qorunur. Bu halda da belə olacaq”, - deyə Kremlin sözçüsü V. Putinin Navalnının məhkəmə və istintaq prosesində hüquqlarının qorunmasına riayət olunmasını diqqətlə izləyib-izləməyəcəyi ilə bağlı suala cavabında bildirib.
Onun sözlərinə görə, Kreml A. Navalnı ilə bağlı beynəlxalq rəyi nəzərə almaq niyyətində deyil.
“Söhbət Rusiya qanunlarının Rusiya vətəndaşı tərəfindən icra olunmaması faktından gedir. Bu, tamamilə daxili işdir və biz heç kəsə icazə vermərik ki, buna maneə olsunlar. Belə bəyanatları dinləmək niyyətində deyilik”, - deyə D. Peskov bir sıra ölkələrin A. Navalnını azad etməklə bağlı çağırışlarına münasibət bildirərkən qeyd edib.
Oxunub: 508
Oxşar xəbərlər
- Kremldən Pelosinin İrəvan səfərinə REAKSİYA
- Kreml Putin və Zelenskinin görüşünün şərtini açıqlayıb
- Kremldən Delyaqinin Azərbaycanı nüvə silahı ilə vurmaq təklifinə REAKSİYA
- Kreml Roman Abramoviçin İstanbul görüşündə iştirakına aydınlıq gətirib
- Kremldən sərhəddəki gərginliyə reaksiya - Putinin mövqeyi açıqlandı
- Kremldə imzalanan üçtərəfli bəyanatın tərcüməsi - TAM MƏTN
- Kremldən Dağlıq Qarabağdakı vəziyyətlə bağlı AÇIQLAMA
- Kreml Azərbaycan və Ermənistandan meyvə-tərəvəz idxalına qoyulan qadağaya münasibət bildirib
- Kreml atəşkəsə çağırış etdi
- Kremlin ərazisində İkinci Dünya müharibəsindən qalan bomba tapılıb