BNA sürücülərə xəbərdarlıq edib


18:19     19 Yanvar 2021 bna5.jpg

Bakı Nəqliyyat Agentliyi (BNA) sürücülərə xəbərdarlıq edib.

BNA-dan Femida.az-a bildirilib ki, gözlənilən kəskin hava şəraiti ilə əlaqədar çovğun olacağı, gecə saatlarında yolların buz bağlayacağı ehtimal edilir. Hava şəraitinin dəyişməsi ilə bağlı sürücülərdən xüsusən enişli və yoxuşlu yollarda yarana biləcək qəzalar və digər xoşagəlməz halların qarşısının alınması üçün diqqətli olmaları tövsiyə edilir.

Sürücülərə tövsiyə olunur ki, sürət həddinə əməl etməklə yanaşı, meteoroloji amillər nəzərə alınmaqla digər hərəkət iştirakçılarına qarşı anlayışla davransınlar. Ümumilikdə isə məlum qarlı və şaxtalı hava şəraitinin davam etdiyi günlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük verilməsi tövsiyə edilir. Sərnişinlərdən avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olmaları, dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməmələri xahiş olunur.

Həmçinin Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir. Eyni zamanda, piyadalar yolu qarşı tərəfə keçərkən mütləq qaydada piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir.

Femida.az

Açar sözlər:

Oxunub: 355