Daha 48 şəhid ailəsi üzvü tibbi müayinədən keçirildi
19:26 19 Yanvar 2021

“YAŞAT" Fondu tərəfindən ağır yaralanan qazilərimizin və şəhidlərimizin ailə üzvlərinin müraciətləri diqqət mərkəzində saxlanılır, onların ehtiyaclarının ödənilməsi ilə bağlı işlər davam etdirilir.
Femida.az xəbər verir ki, Fond tərəfindən bu gün daha 48 şəhid ailəsi üzvünün özlərinin müəyyən etdiyi tibbi zərurət üzrə müayinədən keçirilməsi, 3 nəfərin isə əməliyyatı təmin edilib.
Həmçinin qazilərimiz Nəsirov Kənan Füzuli oğlunun müalicəsi ilə əlaqədar yaranan əlavə xərclər, Xaliqov Seyidəkbər Vaqif oğlunun və Səmədov Elnur Eldar oğlunun məişət şəraitinin yaxşılaşdırılması istiqamətindəki müraciətləri “YAŞAT” Fondu tərəfindən təmin ediləcək.
Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığı təmin etmək məqsədi ilə yashat.gov.az portalı istifadəyə verilib.
Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.
Oxunub: 308
Oxşar xəbərlər
- Daha bir qazimiz yüksək texnologiyalı protezlə təmin edilir
- Daha iki marşrutun hərəkət sxemi dəyişdirilir
- Daha bir qaziyə vəzifə verildi
- Daha 144 yeni yoluxma qeydə alınıb, 2 nəfər vəfat edib
- Daha bir şəhid övladının adına 5000 manatlıq hesab açılacaq (FOTO)
- Daha iki ali məktəb akkreditasiyadan keçdi
- Daha 2 ölkədən quşçuluq məhsullarının idxalı yasaqlandı
- Daha bir şəhidimiz dəfn olundu
- Daha bir nazirlik azad edilmiş ərazilərə səfərlərlə bağlı xəbərdarlıq etdi - VİDEO
- Daha bir marşrut xətti “BakuBus”a verildi