Türkiyə səfirliyi və Türk Şurası 20 Yanvarla əlaqədar mesaj yayımladı


09:46     20 Yanvar 2021 21_01_20_1611123525.jpg


"1990-cı il yanvar ayının 20-də baş verən hadisələrin 31-ci ildönümündə faciə nəticəsində şəhid olan bacı-qardaşlarımızın əziz xatirəsini yad edirik".

Femida.az-ın məlumatına görə, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin açıqlamasında bildirilib.

"Hər zaman olduğu kimi Ümumxalq Hüzn Günündə də Azərbaycanın yanındayıq", - səfirlikdən vurğulanıb.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası da 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar mesaj yayımlayıb.

20 Yanvar faciəsi qurbanlarının xatirəsinin yad edildiyi mesajda deyilir:

“Qara Yanvar olaraq bilinən 1990-cı il yanvarın 20-də Bakıda törədilən qətliam ilə əlaqədar Türk Şurası olaraq Vətənləri uğrunda canlarını fəda edən Azərbaycanın bütün qəhrəman övladlarını hörmətlə yad edir, əziz xatirələri önündə hörmətlə baş əyirik”.

Femida.az

Açar sözlər:

Oxunub: 459