Ermənilər Vaqifin muzey-məqbərə kompleksini məhv ediblər
10:26 20 Yanvar 2021

Şuşa şəhərində Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin binası və burada sərgilənən onlarla eksponat məhv edilib.
“Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu”ndan Femida.az-a verilən məlumata görə, erməni vandalizminə məruz qalan tarixi abidələrimizdən biri də Molla Pənah Vaqifin muzey-məqbərə kompleksidir. Kompleks Şuşa şəhərinin ən səfalı yeri olan Cıdır düzünə yaxın bir ərazidə - dahi şairin məzarı üzərində inşa edilib. Şuşa şəhərinin işğal edilməsi nəticəsində kompleksin binası və burada sərgilənən onlarla eksponat məhv edilib:
"“Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu” MMC-nin direktoru Telman Kərimli, institutun mütəxəssisləri və digər aidiyyatı qurumlar tərəfindən şəhərdə yerləşən tarix və mədəniyyət abidələrinin vəziyyətinin öyrənilməsi məqsədilə monitorinq keçirilib. Məlum olub ki, Şuşa şəhərində yerləşən bir çox tarix-mədəniyyət abidələri, o cümlədən Vaqifin məqbərəsi öz ilkin görkəmini itirib. Prezident İlham Əliyevin göstərişi ilə Şuşa şəhərində bütün tarixi abidələr əsl simasına qaytarılacaq, "Vaqif Poeziya Günləri” bərpa ediləcək".
Femida.az
Oxunub: 1221
Oxşar xəbərlər
- Ermənilərin donuz saxladığı Xan sarayı, dağıdılmış İmarət - FOTOREPORTAJ
- Ermənilərin tövləyə çevirdiyi 4 əsrlik məscid - FOTOREPORTAJ
- Ermənilər Qaregin Njdenin Xocavənddəki heykəlini götürməyə məcbur oldular
- Ermənilər AzTv-nin youtube kanalını çoxlu sayda şikayət edib
- Ermənilər Xudavəng monastrını ziyarət edib
- Ermənilər Natəvanın məzarını dağıdıb, sümüklərini aparıblar - Fotolar+Video
- Ermənilərin ərazilərimizdə basdırdıqları minalar zərərsizləşdirildi
- Ermənilərin Şuşada basdırdıqları minalar aşkarlandı
- Ermənilərin dağıtdığı evlərin bərpası ilə bağlı sərəncam verildi
- Ermənilərin Cəbrayılda dağıtdıqları qəbirlər aşkarlandı