Keçmiş məhkumdan narkotik götürülüb
11:25 20 Yanvar 2021

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Ə.Məmmədov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan bir ədəd kibrit qutusunda 7 qram, yaşadığı ünvana baxış keçirilən zaman isə 465 qram narkotik vasitə-qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.
Femida.az
Oxunub: 326
Oxşar xəbərlər
- Sumqayıtda keçmiş məhkum bıçaqlanıb
- Keçmiş məhkumdan tapança götürülüb
- Bakıda keçmiş məhkumdan silah-sursat götürülüb
- Rusiyadan Azərbaycana gətirilən vaxtı keçmiş balıq məhsulları saxlanıldı
- Üzərində tüfəng gəzdirən keçmiş məhkum tutuldu
- Keçmiş məhkumdan silah götürüldü
- Keçmiş hakimlər Vəkillər Kollegiyasının üzvü oldu
- Həbsdə olan keçmiş icra başçısının məhkəməsi təxirə salınıb
- Keçmiş məhkum yenidən cinayət törətdi
- Trampın sonuncu fərmanı: Keçmiş məmurlar əfv olundu