Bakı və Ağcabədidə ölümlə nəticələnən qəzalar olub
11:54 20 Yanvar 2021

Ağcabədi şəhərində yol qəzası olub.
Yanvarın 19-u saat 18 radələrində Ağcabədi şəhəri ərazisində Gəncə şəhər sakini N.Yusifovun idarə etdiyi MAN markalı yük avtomobili Bərdə rayon sakini Ə.Fətəliyevin idarə etdiyi MTZ markalı traktorla toqquşub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən Ə.Fətəliyev orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Bakıda da ölümlə nəticələnən yol qəzası baş verib.
Yanvarın 19-u saat 21 radələrində paytaxtın Nizami rayonunun B.Çobanzadə küçəsində Bakı şəhər sakini A.Abduyev idarə etdiyi “Fiat” markalı avtomobillə yolu keçən paytaxt sakini Ə.Zeynallını vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Femida.az
Oxunub: 353
Oxşar xəbərlər
- Bakıda estetik əməliyyatlar edən klinika cərimələnib
- Bakıda koronavirusa görə bağlanan məktəb açılıb
- Bakıda 35 yaşlı kişi intihar edib
- Bakıda bir qrup fəal aksiya keçirməyə cəhd göstərib
- Külək Bakı-Qazax yolunda "Kamaz"ı aşırıb - FOTO
- Bakıda qadının üzərinə dəmir düşdü, hadisə yerində öldü - VİDEO
- Bakıda liftdə qalanlar xilas olundu
- Sabah Bakıda külək əsəcək
- Bakıda güclü külək orta məktəbin dam örtüyünü uçurub
- Bakıda çirkab suların gölə axıdılması aşkar edilib