Bakı və Ağcabədidə ölümlə nəticələnən qəzalar olub


11:54     20 Yanvar 2021 21_01_20_1611129319.jpg


Ağcabədi şəhərində yol qəzası olub.

Yanvarın 19-u saat 18 radələrində Ağcabədi şəhəri ərazisində Gəncə şəhər sakini N.Yusifovun idarə etdiyi MAN markalı yük avtomobili Bərdə rayon sakini Ə.Fətəliyevin idarə etdiyi MTZ markalı traktorla toqquşub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən Ə.Fətəliyev orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bakıda da ölümlə nəticələnən yol qəzası baş verib.

Yanvarın 19-u saat 21 radələrində paytaxtın Nizami rayonunun B.Çobanzadə küçəsində Bakı şəhər sakini A.Abduyev idarə etdiyi “Fiat” markalı avtomobillə yolu keçən paytaxt sakini Ə.Zeynallını vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 489