20 Yanvar şəhidləri 1 dəqiqəlik sükutla yad edildi


12:02     20 Yanvar 2021 21_01_20_1611130749.jpg

Azərbaycanda saat 12:00-da 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Femida.az xəbər verir ki, ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb, Bakı buxtasındakı gəmilər fit verib.

20 Yanvar - Ümumxalq Matəm Günü münasibətilə Azərbaycanın xarici diplomatik korpuslarında, dövlət qurumlarında, hərbi hissələrdə və gəmilərdə dövlət bayraqları endirilib.

Qeyd edək ki, bu gün 20 Yanvar faciəsinin törədilməsindən 31 il keçir.

Femida.az

Açar sözlər: #20Yanvar   #şəhid  

Oxunub: 642