Polis əməliyyat keçirdi - 2 nəfərdən tapança götürüldü
12:19 20 Yanvar 2021

Bakı və Sumqayıt sakinlərində silah-sursat aşkarlanıb.
Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini İ.Ağayev Binəqədi rayonu ərazisində saxlanılıb. Ondan “Marqolin” markalı tapança və 44 ədəd patron aşkar edilərək götürülüb.
Bundan başqa, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Sumqayıt şəhəri Novxanı bağlar yaşayış sahəsində yaşayan H.Tumasovdan 3 ədəd patron aşkar edilərək götürülüb.
Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan “Makarov” markalı tapança, 61 ədəd sandıq və 296 ədəd patron da götürülüb.
Femida.az
Oxunub: 358
Oxşar xəbərlər
- Polis itkin düşən 2 yaşlı uşağı tapdı
- Polis köməksiz vəziyyətdə qalan sürücü və sərnişinlərə kömək edib
- Polisdən uğurlu əməliyyat: 22 kq-dan artıq narkotik aşkarlandı
- Polis və DSX birgə əməliyyat keçirdi - Saxlanılanlar var
- Polis 48 kq-dan artıq narkotik aşkarladı - Əməliyyat videosu
- Polis əməliyyatlar keçirdi - VİDEO
- Polislər Xocavənddə minalar aşkarladı
- Polis 30 kq-dan artıq narkotik vasitəni dövriyyədən çıxarıb - FOTO
- Polis Bakıda əməliyyat keçirdi - VİDEO
- Polis 5 narkotik əməliyyatı keçirib, saxlanılanlar var