DTX əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər
12:36 20 Yanvar 2021

20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) kollegiya üzvləri Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban verən qəhrəman Vətən övladlarının məzarları üzərinə qərənfillər düzüb, şəhidlərimizin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.
Femida.az xəbər verir ki, bu barədə DTX-nin saytı məlumat yayıb.
Bildirilib ki, Şəhidlər xiyabanında dəfn edilən təhlükəsizlik orqanları əməkdaşlarının da əziz xatirəsi yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.
Femida.az
Oxunub: 321
Oxşar xəbərlər
- DTX sədri əfqanıstanlı həmkarı ilə görüşdü
- DTX yaralı qazilərə yardım vəsaitlərini ələ keçirən şəxsi saxladı
- DTX livanlı muzdlu-terrorçunu məsuliyyətə cəlb etdi
- DTX rəisi Şuşaya gedib
- DTX-nin Şuşa şəhər idarəsi təsis edildi
- DTX müraciət yaydı
- DTX Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib
- DTX əhaliyə müraciət etdi
- DTX əməliyyat keçirdi - Həbs olunanlar var
- DTX-nin həbs etdiyi sabiq XİN vəzifəliləri ev dustaqlığına buraxılıblar