Biləsuvarda 20 Yanvar faciəsinin ildönümü qeyd edilib
14:07 20 Yanvar 2021

Biləsuvar rayonunda 20 Yanvar faciəsinin 31-ci ildönümü qeyd olunub.
Femida.az-ın məlumatına görə, mərasimdə rayon sakinləri və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Belə ki, biləsuvarlılar rayonun Mərkəzi parkında yerləşən Şəhidlər xiyabanını ziyarət edir və şəhidlərin ruhuna dualar oxuyurlar.
Həmçinin 20 Yanvar faciəsinin biləsuvarlı qurbanlarından olan Əlimərdan Hüseynovun Çaylı kənd qəbiristanlığındakı məzarı ziyarət edilir.
Ölkəmizin azadlığı uğrunda həlak olan biləsuvarlı şəhidlərimizin əziz xatirəsi yad edilir, onların məzarları önünə gül dəstələri qoyulur, ruhuna dualar oxunur.
Qeyd edək ki, 20 Yanvar hadisələri zamanı Biləsuvar rayonundan iki nəfər - Baba Xammədov və Əlimərdan Hüseynov şəhid olub.
Femida.az
Oxunub: 330
Oxşar xəbərlər
- Biləsuvarda velosiped traktora çırpılıb, ölən var
- Biləsuvarda minik, Kürdəmirdə yük avtomobili yanıb
- Biləsuvarda postda COVID-19 xəstəsi saxlanıldı
- Biləsuvarda yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
- Biləsuvarda şahin quşlarını ovlamaq istəyən şəxs saxlanılıb - FOTO
- Biləsuvarda baş verən qəzada 2 nəfər ölüb
- Biləsuvarda 24 yaşlı qadını avtomobil vurub
- Biləsuvarda şəhid ailələləri üçün mənzillər tikilir
- Biləsuvarda narkotacirlər saxlanılıb
- Biləsuvarda 35 nəfər cərimələndi