Sumqayıt şəhər bələdiyyəsinin sədri istefa verib
15:44 20 Yanvar 2021

Sumqayıt şəhər bələdiyyəsinin sədri Sultan Əsədov vəzifəsindən istefa verib.
Femida.az-ın məlumatına görə, 64 yaşlı S. Əsədov bir neçə gün əvvəl istefa ərizəsi yazıb.
S. Əsədov APA-ya açıqlamasında istefa ərizəsi yazdığını təsdiqləyib: “Səhhətimdə yaranan proqlemlərlə bağlı sədr vəzifəsindən istefa verəsi oldum. Müalicəyə ehtiyacım var”.
O, 2016-cı ilin aprel ayından Sumqayıt bələdiyyəsinə sədrlik edirdi. S. Əsədovdan əvvəlki sədr olan Əbülfəz Babayev də istefa verərək vəzifəsindən getmişdi.
Sədr vəzifəsi müvəqqəti olaraq bələdiyyənin sədr müavini Sərviz Süleymanova tapşırılıb.
Qeyd edək ki, Sumqayıt şəhər bələdiyyəsinin 19 üzvü var. Onlardan biri, sədr müavini olan Musa Həsənov bu yaxınlarda koronavirusdan dünyasını dəyişib.
Femida.az
Oxunub: 303
Oxşar xəbərlər
- Sumqayıtda ağır yol qəzası baş verib
- Sumqayıtda 15 qazi yüksək texnologiyalı protezlə təmin edilib
- Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb
- Sumqayıt hadisələrindən 33 il ötür
- Sumqayıt Apelyasiya Məhkəməsinin cinayət işi üzrə 19 qərarı ləğv edilib
- Sumqayıtda keçmiş məhkum bıçaqlanıb
- Sumqayıt sakinini maşın vuraraq öldürüb
- Sumqayıt Kimya Sənaye Parkının rezidenti rebrendinq edib
- Sumqayıtda zirzəmidə kişi meyiti tapılıb
- Sumqayıt sakinindən silah-sursat götürülüb