Ayvazyan həmsədr ölkələrin səfirlərilə Qarabağı müzakirə etdi


16:28     20 Yanvar 2021 2021/01/ayvaz-1611144184_1611145775.jpg

Ermənistanın xarici işlər naziri Ara Ayvazyan ATƏT-in Minsk qrupu ölkələrinin İrəvandakı səfirləri ilə görüşüb.

Femida.az xəbər verir ki, görüşdə Rusiya səfiri Sergey Kopırkin, Fransa səfiri Conatan Lakota və ABŞ səfiri Lin Treysi iştirak edib.

Görüşdə Dağlıq Qarabağ zonasında müharibədən sonrakı vəziyyət, regional təhlükəsizlik və sülhlə bağlı məsələlərin müzakirəsi diqqətdə olub.

Bundan əlavə, ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində sülh prosesinin davam etdirilməsinin zəruriliyi vurğulanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 510