Qazaxıstan Azərbaycandan pomidor idxalını dayandırıb


16:56     20 Yanvar 2021 pomidor2.jpg

Qazaxıstan Azərbaycandan qeyri-müəyyən müddətə pomidor idxalını dayandırıb.

Femida.az-ın məlumatına görə, bu barədə Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyi bildirib.

Qeyd olunur ki, yanvarın 2-dən 12-dək Azərbaycandan idxal olunan pomidorlarda qəhvəyi meyvə qırışı virusu aşkar edilib.

İdxalın dayandırılması qərarı yanvarın 16-da qəbul edilib. Qadağa müvəqqəti xarakter daşıyır.

Femida.az

Açar sözlər:

Oxunub: 276