Rusiyada taxta evlərə ipoteka krediti veriləcək
18:33 20 Yanvar 2021

Rusiya hökuməti taxtadan inşa olunmuş evləri almaq üçün ölkə vətəndaşlarına ipoteka kreditlərinin verilməsini planlaşdırır.
Femida.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiyanın baş nazirinin müavini Viktoriya Abramçenko məlumat verib.
Onun sözlərinə görə, hökumət meşə təsərrüfatının inkişafı üçün emal edilməmiş taxtanın ixracını qadağan etmək, ölkədə ağacın dərin emalını təşviq etmək, eləcə də taxta mənzillərin tikintisini stimullaşdırmaq niyyətindədir. Hazırda Rusiya Bankı (Mərkəzi Bank) taxta evlərin banklarda girov obyektinə çevrilməsi imkanlarını müzakirə edir.
Xatırladaq ki, hazırda Rusiyada taxta ev istehsalı ilə məşğul olan 65 şirkət fəaliyyət göstərir. Onların istifadə etdiyi xammalın cəmi 3 %-i yerli istehsaldır.
Oxunub: 308
Oxşar xəbərlər
- Rusiyada daha 11 359 nəfərdə koronavirus aşkarlanıb
- Rusiyadan idxal edilən toyuq ətində salmonella aşkarlanıb
- Rusiyada ötən sutka koronavirusa 12 742 nəfər yoluxub
- Rusiyada güclü zəlzələ oldu
- Rusiyada terror aktları törətməyi planlaşdıran 19 ekstremist həbs edilib
- Azərbaycan Rusiyadakı tarix dərslikləri ilə bağlı nazirliklərə müraciət etdi
- Rusiyada COVID-19-a yoluxanların sayı 4 071 883 nəfərə çatıb
- Rusiyada mədən çöküb, 92 nəfər xilas edilib, 1 nəfər ölüb
- Rusiyada gənc azərbaycanlı həkim təltif olundu
- Rusiyada koronavirusdan ölüm hallarının aylıq statistikası açıqlanıb