Ötən il Azərbaycanda 116 min nəfər doğulub - 61 min nəfər ölüb


09:29     21 Yanvar 2021 21_01_21_1611208224.jpg

Ötən ilin 11 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 116 454 doğulan körpə qeydə alınıb.


Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Əhalinin hər 1 000 nəfərinə bu göstərici 12,7 təşkil edib.

Doğulanların 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır. Körpələrdən 3106-sı əkiz, 117-si üçəm, 4-ü isə dördəm doğulanlardır.

Azərbaycanda ötən ilin 11 ayı ərzində qeydə alınan ölüm hallarının da sayı məlum olub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, 2020-ci ilin yanvar-noyabr aylarında ölkədə 61 147 ölüm halı qeydə alınıb.

Əhalinin hər 1 000 nəfərinə ölüm səviyyəsi 6,7 təşkil edib.

Femida.az

Açar sözlər: #doğum   #ölüm  

Oxunub: 531